Tanınmış idmançı Kamil Zeynallı ilə bağlı sosial şəbəkələrdə video yayılıb.Görüntülərdə Kamilin maşından düşərək naməlum bir şəxsə hücum etdiyi əks olunub.

O, qarşı tərəfə yumruq zərbələri vurub və qeyri-etik sözlərdən istifadə edib. Davaya polis əməkdaşları qarışıb, onlar Kamili hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.

Ehtimala görə Kamil məhv bu davaya görə saxlanılmışdı.

Xatırladaq ki, K. Zeynallı mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilmişdi.