Kamerunun 5 əsgəri ölkənin şimalında patrul xidməti zamanı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

Bu barədə “Xinxua” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, mina “Boko Haram” terror qruplaşmasının üzvləri tərəfindən qoyulub. Hücumda həlak olanların hamısı Kamerun silahlı qüvvələrinin elit bölməsinin batalyonunun heyətidir.

İstinadlar Report