Kamçatka sahillərində 4,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.

Zəlzələnin episentri Milkovo kəndindən 169 kilometr aralıqda, ocağı isə 68 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

İstinadlar Qafqazinfo