Gəncədə yolu keçmək istəyən piyadanı yük maşını vurub.

Hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Hərəkətdə olan “KamAZ” markalı yük avtomobili yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Akif Məmmədovu vurub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli