
Artıq azı 229 konqresmen, o cümlədən 43 senator və 23 ştatın qubernatoru ABŞ-nin vitse-prezidenti Kamala Harrisin ölkə prezidentliyinə namizədliyini dəstəkləyib.
Bu barədə “Axios” portalı məlumat yayıb.
“Nümayəndələr Palatasında demokratları təmsil edən 186 üzv, 43 senator və 23 qubernator ABŞ-nin vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib”, – məlumatda bildirilib.