ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin Milli Kosmik Şurasına başçılıq edəcək.

Bu barədə onun tvitterdəki bəyanatında deyilir.

“Mənim üçün bizim Milli Kosmik Şuramıza rəhbərlik etmək böyük şərəfdir”, – o bildirib.

NASA-nın Kosmik Agentliyinin yeni başçısı Bil Nelson Harrisin təyinatını alqışlayıb.

“Vitse-prezident bir çox ölkənin kosmosda mövcud olduğu zaman getdikcə daha da mürəkkəbləşən federal hökumətin kosmik siyasətinə rəhbərlik etmək üçün ideal şəxsdir”, – Nelsonun rəsmi açıqlamasında deyilir.

İstinadlar Report