Milli Məclisin deputatı Kamal Cəfərov AŞPA-nın İnsan hüquqları üzrə altkomitəsinin İsveçrə Federal Parlamentində keçirilən iclasına sədrlik edib.  

Iclasda “Avropada Covid-19 pandemiyasının məhkumlara təsiri” və “Rusiya – Ukrayna hərbi münaqişəsinin hüquqi və insan haqları aspektləri” qətnamə layihələri üzrə beynəlxalq ekspertlərin iştirakı ilə ictimai dinləmə keçirilib.

İctimai dinləmələrin nəticələri qeyd edilən mövzular üzrə qətnamə layihələrinin hazırlanmasında istifadə ediləcək.

Qeyd edək ki, deputat Kamal Cəfərov AŞPA-da İnsan hüquqları üzrə altkomitənin sədr müavini və Avropa İnsan Hüquqları Məhkəməsinə Hakimlərin Seçki Komitəsinin üzvü vəzifələrini icra edir.

İstinadlar Qafqazinfo