
Azərbaycan Macarıstanla enerji sahəsində əməkdaşlığa strateji əhəmiyyət verir.
Bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.
O qeyd edib ki, ötən gün Bakıda Azərbaycan-Macarıstan işçi qrupunun iclası keçirilib, iclas çərçivəsində “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə olunub: “Bundan əlavə, iki dövlət arasında Azərbaycan qazının Avropaya əlavə həcmdə nəqlini nəzərdə tutan “Həmrəylik Halqası” təşəbbüsü çərçivəsində əməkdaşlıq qurulub. Macarıstan ilə enerji əməkdaşlığımızı yeni sahələrin daxil edilməsi ilə genişləndirə bilərik”.