Rusiyanın Kalininqrad vilayətinin eyniadlı mərkəzində beş piyadanın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə İdarəsi teleqramda bildirib.

“Yol-nəqliyyat hadisəsi avqustun 13-də 22:00 (Bakı vaxtı ilə avqustun 14-də 00:00 – red.) radələrində Çernyaxovski küçəsində baş verib. <…> İlkin məlumata görə, “Mercedes” avtomobilinin sürücüsü idarəetməni itirərək səkiyə çıxıb və piyadaların üzərinə sürüb. YNH nəticəsində beş nəfər xəsarət alıb. Səhhətlərinə ağır və orta dərəcəli zərər dəymiş üç nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, iki nəfərə ambulator müalicə təyin edilib”, – qurum diqqətə çatdırıb.

Qeyd olunub ki, sözügedən nəqliyyat vasitəsinin 33 yaşlı sürücüsü əvvəllər içkili halda avtomobili idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub. O, tibbi yoxlanışdan sonra polis bölməsinə aparılıb.

İstinadlar Report