
Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşə yanğınları nəticəsində ən azı 27 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.
Bu barədə Məhkəmə-Tibbi Ekspertiza Departamentinin məlumatlarından bəlli olub.
Qurumun saytında dərc olunmuş məlumata görə, yanğın yerində 27 nəfərin cəsədi tapılıb. Onların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 25 nəfərin həlak olduğu bildirilmişdi.
Los-Anceles Dairəsi Şerifinin İdarəsi itkin düşənlərin real sayının daha çox ola biləcəyini ehtimal edir.