Birinci dərəcəli qətlə görə məhkum edilmiş Sezar Hernandez məhkəməyə aparılarkən fürsətdən istifadə edərək Kaliforniyada nəzarətdən qaçıb.

Bu barədə yerli “ABC7 Los Angeles” bildirib.

Bazar ertəsi günü birinci dərəcəli qətlə görə şərti azadlığa buraxılma imkanı ilə 25 il müddətinə azadlıqdan məhrum edilən 34 yaşlı Sezar Hernandez Kern dairəsində nəzarətdən qaçıb.

Məhbus məhkəmə iclasında iştirak etmək üçün Delano şəhər dairə məhkəməsinə gətirildikdən sonra nəqliyyat vasitəsini tərk edib. Hadisə səhər saat 10:45 radələrində vaqe olub.

İstinadlar Report