ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom polislərin boğma üsulu ilə yaxalama təlimini qurtarmaq barədə göstəriş verib.

Bu barədə “Associated Press” (AR) agentliyi bildirib.

“Biz polislərə boğucu fəndlər öyrədirik, hansılar ki, insan həyatını təhlükə altına qoyur”, – mətbuat konfransında çıxış edən Nyusom deyib. O vurğulayıb ki, XXI əsrdə polis arsenalında belə fəndlərə yer yoxdur.

AP-ın məlumatına görə, Nyusom Standartların hazırlanması və Polislərin Təlimi üzrə komissiyaya saxlanılan şəxsin ölümünə səbəb ola biləcək bu cür yaxalamanın tətbiqi üzrə məşqi öz proqramlarından çıxarmasına göstəriş verib.

Nyusom qeyd edib ki, kütləvi etirazlar zamanı polisin davranışını və güc tətbiqini nizama salan qanunların qəbuluna nail olmaq niyyətindədir.

“Nümayişçilər dinc şəkildə, saxlanılacaqlarından, onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrin tətbiq ediləcəyindən qorxmadan etiraz etmək hüququna malikdirlər. Etirazların nizama salan yanaşmanı standartlaşdırmaq lazımdır”, – deyə o əlavə edib.

İstinadlar Report