ABŞ-ın Kaliforniya ştatında 5 maqnituda gücündə zəlzələ olub.

Bu barədə avqustun 22-də ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Hadisə ştatın mərkəzi hissəsində qeydə alınıb. Yeraltı təkanların episentri əhalisi 3,7 milyon nəfərdən çox olan Los-Ancelesdən 212 km aralıda qeydə alınıb.

Zəlzələnin ocağı yerin 2 km dərinliyinə düşüb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

İstinadlar Report