
Kaliforniya qubernatoru Qevin Nyusom meşə yanğınları səbəbilə ABŞ-ın bu ştatının beş dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Bu barədə qubernatorun saytında dərc olunan bəyanatda deyilir.
“Yanğınlar səbəbi ilə on min akr ərazi yanıb, evlər məhv olub, minlərlə sakin evakuasiya edilib”, – Q.Nyusom bildirib.
Fövqəladə vəziyyət rejimi Kaliforniyanın mərkəzi hissəsindəki Fresno, Madera və Mariposa dairələrində, eləcə də ştatın cənubundakı San-Bernardino və San-Dieqo dairələrində tətbiq olunur. Kaliforniyada ümumilikdə 58 dairə var.