ABŞ-ın Kaliforniya ştatında on minlərlə məhkuma COVID-19 səbəbindən bağlanan iş yerlərinə görə qanunsuz işsizlik müavinəti ödənilib.

Bu barədə ştatın Sakramento dairəsinin prokuroru Ann Mari Şubert bildirib.

O, qanunsuz ödənilən vəsaitin 1 milyard ABŞ dollarına yaxın ola biləcəyini qeyd edib. Bu əhvalatın ştat tarixində ən böyük dələduzluq əməliyyatı olması güman edilir.

Prokurorun dediyinə görə, mart-avqust ayları ərzində ştat həbsxanalarında saxlanılan məhkumlardan 35 min ərizə gəlib, onlara cəmi 140 milyon ABŞ dolları müavinət ödənilib. Həmin müavinətlərin məhkumlara şəxsən, yaxud azadlıqda olan qohumlarına, dost-tanışlarına göndərildiyi bildirilib. Müavinət alan dustaqlar xüsusi olaraq aidiyyəti idarələrə daşınırmış. O cümlədən 133 nəfər edam cəzasına məhkum edilən də bütövlükdə 420 min ABŞ dolları məbləğində müavinət alıblar.

İstinadlar Report