ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində 28 May Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünə həsr edilmiş “6-cı San Dieqo – Azərbaycan Gənclərarası Şahmat Turnir”i ölkəmizin Los Ancelesdəki Baş Konsulluğunun, San Dieqo-Bakı Dostluq Cəmiyyəti və Koronado Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Koronado Kitabxanasının ev sahibliyi etdiyi turnirdə 8-18 yaş arasında olan 40 gənc amerikalı şahmatçı mübarizə aparıb. İlk 3 yeri tutan şahmatçılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, tarixi və ölkəmizdə şahmat idmanının inkişafı barədə məlumat verilib.

İstinadlar Report