ABŞ-ın Kaliforniya ştatındakı Fresno şəhərində ailə qonaqlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yerli polisdən verilən məlumata görə, hadisə saat 18:00 (Bakı vaxtı ilə 06:00, 18 noyabr) radələrində baş verib. Naməlum şəxslər ev sakinlərinin və dostlarının futbol matçını izləmək üçün toplaşdığı arxa bağçaya soxularaq atəş açıblar. Nəticədə 10 nəfər güllə yarası alıb. Onlardan üçü yerindəcə ölüb, biri isə xəstəxanada keçinib.

Polis gələnə qədər hadisəni törədənlər qaçmağa müvəffəq olublar.

İstinadlar Report