AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Qubernator: “Dronlar Sevastopola hücum edib”
  • Qubada avtomobil piyadanı vuraraq öldürüb
  • DİN: “Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb”
  • Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır
  • İran vətəndaşlarının Ermənistana axını azalıb
  • ABŞ-da atışma nəticəsində bir yeniyetmə ölüb, beş nəfər yaralanıb
  • Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb
  • Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edir 
  • Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib 
  • Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb
  • Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır
  • İran vətəndaşlarının Ermənistana axını azalıb
  • Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib 
  • Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb
  • UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb
  • NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib
  • Ötən gün İrəvan bələdiyyəsinin üç məmuru saxlanılıb
  • Zelenski Çili Prezidenti ilə telefonla danışıb
  • Türkiyədə Novruz mərasimində polisi daşa basan 200 nəfər saxlanılıb
  • Parisdə etirazların fəsadları ilə mübarizə üçün Böhran Qərargahı fəaliyyətə başlayıb
  • İsrail Prezidenti müsəlman ölkələri liderlərini Ramazan ayı münasibətilə təbrik edib
  • Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək
  • Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • Özbəkistanda 6.6 maqnitudada zəlzələ olub
  • Yaponiya Ukraynaya hərbi texnikanın tədarükü üçün 30 milyon dollar ayırıb
  • Ərdoğan: “İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımalarıdır”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO
07/02/2023 21:38
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
21/03/2023 18:26
Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
20/03/2023 22:32
Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO
20/03/2023 20:38
“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
20/03/2023 18:35
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO
20/03/2023 14:23
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
20/03/2023 12:37
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO
20/03/2023 11:11
“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
20/03/2023 11:03
“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
19/03/2023 20:50
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
19/03/2023 13:59
“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
19/03/2023 10:08
Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO
18/03/2023 17:37
Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
18/03/2023 13:32
İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video
17/03/2023 20:29
“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
17/03/2023 10:29
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video
16/03/2023 20:02

Video xəbərlər

  • Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
  • Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
  • Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
  • Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO
  • “Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

23/03/2023
00:02 Türkiyə Prezidenti: “Ayasofya və Qarabağ deyəndə anlayanlarla yol gedirik”
22/03/2023
23:47 Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var 
23:38 Türkiyədə zəlzələdə dağılan binalara görə 1 364 şübhəli barəsində əməliyyat başlanılıb
23:35 İsveç parlamenti NATO üzvlüyünə səs verib
23:19 Qarabağda qanunsuz erməni dəstələrinin döyüş mövqeyində güclü yanğın baş verib
23:17 İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşı Moskvada saxlanıldı
23:08 Oqtay Əliyevin nəşi ailəsinə təhvil verildi
22:55 ABŞ-ın neft ehtiyatları bir həftədə 1,12 milyon barel artıb
22:53 Bir həftə sonra…
22:41 Azərbaycan BMT-nin su ehtiyatları üzrə konfransında iştirak edir
22:20 Ukraynanın bərpasına 411 milyard dollar vəsait lazımdır
22:13 Bakıda evdə yanğın oldu, bir nəfər xəsarət aldı
22:11 Moldovanın dövlət dili dəyişdirilib
21:53 Fransanın xarici işlər naziri Azərbaycan və Ermənistana səfər edəcək
21:50 Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
21:43 Ramazan ayının ilk gününün duası – İmsak və iftar vaxtı
21:40 Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağ məsələsini müzakirə edib
21:38 Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO
21:05 Mədəniyyət Nazirliyi Oqtay Əliyevin vəfatı ilə bağlı nekroloq yaydı
20:14 Müdafiə Nazirliyi açıqlama yaydı
19:53 Hindistanda pirotexnika fabrikində partlayış olub, 8 nəfər ölüb
19:44 Oqtay Əliyevin öldüyü qəza necə baş verib? – Yaralıların vəziyyəti necədir?
19:35 Oqtay Əliyevin öldüyü qəza ilə bağlı – Rəsmi açıqlama
19:05 Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıblar
18:56 İspaniyanın Konstitusiya Məhkəməsi evtanaziya ilə bağlı şikayəti rədd edib
18:32 Azərbaycanın təhdid olunması SEPAH-dakı ziddiyyətlərin törəməsidir – Şərh
18:17 Makron yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil
18:14 Dəhşətli qəzada ölən musiqiçi imiş…
17:47 Macarıstan qaçqın axınının artacağını gözləyir
17:32 Avropa İttifaqı demokratiyanı necə müdafiə edir?
17:02 Yoluxanların sayı açıqlandı
16:47 Mesut Özil karyerasını başa vurdu
16:41 Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35 Yaponiyanın Baş naziri: “Rusiyaya qarşı sərt sanksiyaları saxlamaq lazımdır”
16:23 İtaliya hərbi xərclərini 800 milyon avro artıracaq
15:32 Kılıçdaroğlunun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb
15:26 Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini: “İran rejiminə son zərbəni Təbriz vuracaq”
14:29 Xankəndi-Laçın yolunda sülhməramlıların tibb avtomobili maneəsiz keçib 
14:14 Xameneyiyə qarşı sui-qəsdin üstü açılıb
13:53 Azərbaycan gömrükçüləri 93 ədəd mobil telefon aşkar edib
13:50 Yevlaxda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, iki nəfər ağır xəsarət alıb
13:20 Sabah hava necə olacaq?
13:08 Heydər Əliyevin sürücüsü: “Onu istər Azərbaycanda, istərsə də Moskvada yaxın ünsiyyətdə olan hər kəs sevirdi”
13:05 Finlandiyada parlament seçkisində erkən səsvermə başlayıb
12:35 Rusiyanın sabiq MSK sədri vəfat edib
12:23 Orucluq zamanı susuzluğun qarşısını almaq üçün – Məsləhətlər
11:59 Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb
11:38 Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapıb
11:32 Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb
11:23 Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb
11:05 ABŞ-da Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir keçiriləcək
10:47 Bakıda satıcı işlədiyi marketdən 10 min manat dəyərində ərzaq malları oğurlayıb
10:23 Xaçmaz sakinindən fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb
10:14 İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb
10:07 Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb
10:05 Ağcabədidə ağır qəza – Ölən var
09:59 Qubernator: “Dronlar Sevastopola hücum edib”
09:56 Qubada avtomobil piyadanı vuraraq öldürüb
09:38 DİN: “Bir gündə cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb”
09:35 Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri  – VİDEO

Multimedia 07/02/2023 21:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.

Təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.

Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.

Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Multimedia 21/03/2023 18:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.

İşlər artıq yekunlaşmaq üzrədir.

Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Multimedia 20/03/2023 22:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.

Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.

Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.

Oxumağa dəyər:   Abşeronda şəhid ailələri bayram günlərində ziyarət edildi - Fotolar

Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.

Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Multimedia 20/03/2023 20:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sürücülərdən qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Saatından asılı olmayaraq texniki müayinə mərkəzlərində rahatlıqla texniki baxışdan keçmə imkanı yaradılıb.

Texniki Müayinə Mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün ayrıca qəbul pəncərəsi fəaliyyətə başlayıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Multimedia 20/03/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi RPİ, eləcə də ərazi polis şöbə və bölmələri rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti dəfə əməliyyat keçirib.

Əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olmaları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib, daha 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa dəyər:   Şamaxıda "Şəbədə" tamaşası nümayiş etdirilib - Fotolar

Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Multimedia 20/03/2023 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Oxumağa dəyər:   Türkiyənin məhkəmə sisteminin 3 vəzifəli şəxsinə Azərbaycanın yubiley medalları təqdim olunub

Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 11:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Multimedia 20/03/2023 11:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəhid ailələri və müharibə qazilərinə həmişə diqqət və qayğısı ilə seçilən “Azland plaza” şirkəti növbəti dəfə Novruz bayramı ərəfəsində sosial aksiyaya qoşulub.

Şirkət tərəfindən bayram münasibətilə Bakıda Birinci və İkinci Qarabağ müharibələri qaziləri və şəhid ailələri ilə görüş keçirilib, onlara bayram sovqatları paylanıb.

Tədbirdə çıxış edən “Azland” şirkətinin rəhbəri Bəhruz Tağıyev Vətənin çətin günündə canını sipər edən oğulların və onların ailə üzvlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, sosial qayğı ilə əhatə olunduqlarını dilə gətirib: “Mən “Azland Plaza” MMC-nin rəhbəri olaraq Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm, bol ruzi-bərəkət arzulayıram. Şirkətin fəaliyyətə başladığı dövrdən daim qazi və şəhid ailələrinə bacardığım qədər maddi və mənəvi dəstək olmuşam, əmək qabiliyyətini tam itirməyənləri işlə təmin etmişəm. Biz bu gün firavan həyat keçirməyimizə görə şəhidlərimizə, qazilərimizə  borcluyuq, bu səbəbdən onlara yardım etməyi özümə borc bilirəm. Allah onları qorusun! Bundan sonra da eyni tendensiya ilə davam edəcəyik. Bugünkü tədbirimizin məqsədi bayramqabağı az da olsa onları sevindirmək və fədarkarlıqlarına qiymət verməkdir. Allah Prezidentimizi qorusun, onun rəhbərliyi altında Müzəffər Ordumuz zəfər qazandı. Xalq olaraq birliyimiz bizi daim sarsılmaz edəcək”.

Oxumağa dəyər:   Şamaxıda "Şəbədə" tamaşası nümayiş etdirilib - Fotolar

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü Rey Kərimoğlu da göstərilən qayğı və diqqətə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün bayram ərəfəsində toplaşmışıq. “Azland plaza” şirkətinin dəstəyilə “Qarabağ Qaziləri” İB-nin Sabunçu rayon filialı tərəfindən bu məclis təşkil edilib. Biz də birliyimizin rəhbərliyi adından “Azland plaza” şirkətinə təşəkkür edirik. Bu şirkət həmişə qazilərə dəstək olub, kömək edib. Gördüyünüz kimi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qaziləri bir araya toplaşıb. Allah hər kəsin canını sağ eləsin, qazilərimiz, şəhid ailələrimiz başda olmaqla xalqımızın bayramı mübarək olsun!”

Tədbirdə çıxış edən qazilər həmişə şirkət rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. “Qarabağ qaziləri” İB-nin Nizami Rayon filialının sədr müavini Nicat Cəlilov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Azland plaza” şirkətinin rəhbərliyinə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm ki, qazilərə belə diqqət yetirirlər. Bəhruz müəllimin atası Qabil müəllim də qazi olub, mənim atam Kərim Cəlilovla döyüş yoldaşı olublar. Biz Vətən müharibəsinin iştirakçıları da onların yolu ilə gedirik”.

Oxumağa dəyər:   Azərbaycan Prezidenti Ermənistanın vəziyyəti gərginləşdirmək siyasəti yürütdüyünü Blinkenin diqqətinə çatdırıb

Digər bir Vətən müharibəsi qazisi Nurlan Məmmədov isə qazi yoldaşları ilə bu bayram ərəfəsində görüşə görə çox şad olduğunu ifadə edib: “Biz çox sevindik ki, qaziləri bu Novruz bayramı ərəfəsində bir yerə toplayıblar. Yığışdıq, bayramı bir yerdə keçirdik. Bizə diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Tədbirdə, həmçinin müharibədə müstəsna xidmətlər göstərmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Onların içərisində tibb işçiləri ilə yanaşı Azərbaycanda ilk tank taborunu yaradan Birinci Qarabağ müharibəsi qazisi Zahid Nəzərov da var.

Qeyd edək ki, “Azland plaza” MMC tərəfindən ümumilikdə 104 şəhid ailəsi və müharibə qazisinə bayram sovqatı təqdim edilib.










InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Multimedia 19/03/2023 20:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Qəza Çağrı Xidməti şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Birliyin rəhbər şəxsləri şöbə əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra bayram günündə Birliyin 104/185 Çağrı Mərkəzinə daxil olan bəzi müraciətləri qurum rəsmiləri özləri cavablandırıblar.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Multimedia 19/03/2023 13:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Oxumağa dəyər:   Elçin Əmirbəyov: "Ermənistan sülh prosesini əngəlləməyi dayandırmalı və danışıqlar masasına qayıtmalıdır"

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Multimedia 19/03/2023 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva Tərtərin Talış kəndinə səfər edib.

Dövlət başçısı və xanımı səfər zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olublar.

Burada Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Həmin görüşün videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Hadisə 18/03/2023 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Belə ki, Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.

Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər.

Araşdırma zamanı saxlanılan şəxslərdən biri – Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Oxumağa dəyər:   Prezident: "Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır"

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Multimedia 18/03/2023 13:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

– obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;
– ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;
– çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;
– ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib, Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxumağa dəyər:   NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Multimedia 17/03/2023 20:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb. 

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Oxumağa dəyər:   Türkiyəni AŞPA-da təmsil edən millət vəkili: "AP-nin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamənin heç bir qüvvəsi yoxdur"

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Multimedia 17/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “AzərEnerji” silsilə tədbirləri davam etdirir.

Müstəqil energetikanın banisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən “Azərbaycan” İES, “Şimal” ES, “Bakı” İEM və “Şəmkir” SESS-də, o cümlədən “AzərEnerji”nin balansında olan “Qobu”, “Sumqayıt”, “Cənub” və digər elektrik stansiyalarının ərazisində ağacəkmə aksiyası keçirilir. Bundan əlavə ölkənin digər yerlərində olan 500, 330 və 110 kilovoltluq yarımstansiyaların ərazisində də ağaclar əkilir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. Bakı və ölkənin regionlarında yerləşən enerji obyektlərində “hərə bir ağac əksə” devizi ilə keçirilən aksiyalarda müxtəlif növdə 5 minə yaxın ağac əkilir.

Qeyd edək ki, bundan əvvəl də “AzərEnerji”, “Azərişıq” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi iə əlaqədar olaraq Xocəsən qəsəbəsində 7 minədək ağac əkilməsi aksiyasını gerçəkləşdirib.

Oxumağa dəyər:   Azərbaycanın təbəssümdən ötə bir şeyə ehtiyacı yoxdur




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Multimedia 16/03/2023 20:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 21/03/2023 18:26

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Read more
Multimedia 20/03/2023 22:32

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Read more
Multimedia 20/03/2023 20:38

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Read more
Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
Multimedia 14/03/2023 17:47

Bakıda qumbara tapıldı – Video

Read more
Hadisə 14/03/2023 15:53

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Read more
Hadisə 14/03/2023 11:57

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Read more
Hadisə 14/03/2023 10:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Read more
Multimedia 14/03/2023 06:29

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Vdieo – VİDEO

Read more
Multimedia 13/03/2023 19:32

Qəbələdəki meşə yanğını söndürüldü – Video +

Read more
Multimedia 13/03/2023 17:30

Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video

Read more
Multimedia 13/03/2023 15:04

Samir Salam saxlanıldı – VİDEO

Read more
Hadisə 13/03/2023 11:14

Bakıda kuryerlərin mopedləri oğurlanıb – VİDEO

Read more
Multimedia 13/03/2023 10:53

Roluna görə 136 kq-lıq kostyum geyindi – İlk “Oskar”ını aldı – VİDEO

Read more
Multimedia 13/03/2023 09:53

“Kişiləri kişi edən həyat yoldaşlarıdır” – Pənah Hüseyn – VİDEO

Read more
Multimedia 12/03/2023 23:23

Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO

Read more
Multimedia 12/03/2023 19:31

Qaz təchizatına müdaxilə hallarına qarşı tədbirlər görülüb – VİDEO

Read more
Multimedia 12/03/2023 13:20

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Hadisə 12/03/2023 10:50

Giləzidə hərbi sursat aşkar edilib – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla