Fevral ayında AQTA tərəfindən 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

Agentlikdən “Qafqazinfo”ya bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda  (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.

Ən çox rast gəlinən nöqsanlar bunlardır:

İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 734 (83 %);

Masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması – 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib.

İstinadlar Qafqazinfo