
Avropa İttifaqı (Aİ) enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.
Bunu bu gün Bakıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə mətbuat konfransında deyib.
“Xəzər dənizi nəhəng külək enerjisi potensialına malikdir və bizim Azərbaycandan təmin edəcəyimiz bərpa olunan enerji Avropanın enerji məqsədlərinə çatmasına kömək edə bilər”, – o bildirib.
Bundan əlavə, komissar vurğulayıb ki, tərəflər mövcud qaz infrastrukturunun modernləşdirilməsinə çalışmalıdırlar.