Əfqanıstanın paytaxtı Kabulda keçirilən parlament seçkilərinin nəticələri ləğv edilib.

Bu barədə Əfqanıstan Mərkəzi Seçki Komissiyasının qərarında bildirilib.

Qərarda qeyd edilib ki, səsvermə günü çoxsaylı qanun pozuntularının aşkarlanması bu qərarın qəbul edilməsinə səbəb olub. İnformasiyaya əsasən, qaydaların pozulmasına dair seçki komissiyasında 2767 şikayət qeydə alınıb.

Əfqanıstanda parlamentin Xalq Palatasına (Aşağı Palata) seçkilər bu il oktyabrın 20-21-də keçirilib.

Xatırladaq ki, Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” hərəkatının təmsilçiləri Səudiyyə Ərəbistanında qarşıdan gələn parlament seçkilərində təhlükəsizlik məsələlərini müzakirə etmişdilər. Ehtimal olunur ki, Kabul üzrə seçkilərin nəticələrinin ləğvi “Taliban”la razılaşma üçün nəzərdə tutulub.

İstinadlar Report