Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Bu barədə “Pajhwok” agentliyi məlumat verib.

Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib.

Avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İstinadlar Report