
Əfqanıstan paytaxtı Kabildə terroçu-kamikadze özünü İraq səfirliyinin yanında partladıb.
Partlayış yerində atışma səsləri eşidilir, xəsarət alanların sayı məlum deyil.
Kabil polisinin nümayəndəsi Basir Mücahid şəhərdə partlayış olduğunu təsdiq edib, amma hadisənin tyəfərrüatları barədə məlumat verməyib.