Kabilin qərb hissəsində yerləşən məktəbin yaxınlığında baş vermiş partlayışlar nəticəsində azı 37 nəfər həyatını itirib, daha 56 nəfər yaralanıb.

Partlayış üç partlayış Kabildə qızlar məktəbinin qarşısında baş verib. Ölənlərin çoxu məktəb şagirdləridir.        

Əfqanıstan lideri Əşrəf Qani baş verənləri terror aktı adlandırıb və baş verənlərdə radikal “Taliban” hərəkatını günahlandırıb. “1TV”, həmçinin bildirib ki, “Taliban”ın nümayəndələri hücumu pisləyiblər. Baş verənlərə görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

İstinadlar Qafqazinfo