Kabildə xüsusi hərbi qüvvələr bazasının yaxınlığında törədilən partlayış nəticəsində təhlükəsizlik qüvvələrinin 4 qulluqçusu ölüb, 3-ü isə xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyinin sözçüsü Ruhulla Əhmədzai bildirib.

Terrorçu kamikadze tərəfindən törədilən partlayışdan sonra ərazidə atışma olub.

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

İstinadlar Report