Əfqanıstanın Baş naziri Məhəmməd Həsən Axund Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri layihəsi üzrə işlərin tezliklə bərpa olunacağını elan edib.

Bu barədə Əfqanıstanın hökumət başçısının Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Ramazan bayramı münasibətilə təbrik teleqramında deyilir.

Qeyd olunub ki, “Əfqanıstan qonşu Türkmənistanla sıx əlaqələrə xüsusi önəm verir”. O həmçinin vurğulayıb ki, “Əfqanıstan Türkmənistanla siyasi və iqtisadi münasibətlərdə son irəliləyişi yüksək qiymətləndirir və əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyir”.

İstinadlar Report