Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell müdafiə sektoruna diqqətin artırılması və hərbi xərclərin ÜDM-in 2 faizdən çoxuna çatdırılmasının zəruriliyini bildirib.

Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

“Biz üzərimizə strateji məsuliyyət götürməli və öz gücümüzlə Avropanı müdafiə etmək iqtidarında olmalı və NATO daxilində güclü bir Avropa sütunu yaratmalıyıq. Biz çox qısa müddətdə bu istiqamətdə irəliyə doğru addımlamalıyq. Bu ona görə deyil ki, biz müharibə aparmağa hazırlaşırıq. Əksinə, biz istənilən təcavüzkarı çəkindirmək üçün vasitələrə sahib olmaqla bunun qarşısını almaq istəyirik”, – o qeyd edib.

İstinadlar Report