SSRİ-dəki birpartiyalı sistem ölkənin dağılmasının əsas səbəblərindən biri oldu.Bu barədə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Teleqram-kanalında yazıb.

Siyasətçinin fikrincə, Sovet İttifaqında çoxpartiyalılıq olsaydı, bu, baş verənlərin qarşısını ala bilərdi.

“Birpartiyalı sistem SSRİ-ni məhv etdi. Əgər kommunistlər o vaxt SSKP-ni iki yerə – konservativ və sosial-demokrat partiyalarına bölməyə razı olsaydılar, və onların arasında əsl rəqabət olsaydı, onda Sovet İttifaqı əbədi olardı!”, – Jirinovski bildirib.

Qeyd edək ki, SSRİ 1991-ci il dekabrın 25-də dağılıb.

İstinadlar Qafqazinfo