Fransız aktyor Jerar Depardye “təcavüz” və “cinsi zorakılıq”da ittiham olunur.

Artıq 69 yaşlı aktyor haqqında ilkin araşdırmalara başlanılıb. Qərar 22 yaşlı fransız aktrisanın hüquq-mühafizə orqanlarına aktyor barədə şikayətindən sonra verilib. İddiaya görə, təcavüz hadisəsi Jerarın Parisdəki evində yaşanıb. Depardyenin vəkili Herve Temime mediaya açıqlamasında müvəkkilinin günahsız olduğunu və bunun sübuta yetiriləcəyini bildirib.

Xatırladaq ki, Fransada gəlir vergisinin artmasından sonra Belçikaya köçən Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul etmişdi. Ancaq aktyor bir müddət əvvəl Əl-Cəzairə köçəcəyini açıqlayıb.

 

İstinadlar "Qafqazinfo"