Türkiyənin İzmir şəhərinin sahilində 15-i uşaq olmaqla 42 qaçqın saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi nəzdində Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Sahil Mühafizə Mobil Radarı (MORAD-10) tərəfindən rezin qayıqda bir qrup nizamsız miqrant aşkarlanıb.

Qaçqınlar müvafiq təhlükəsizlik prosedurundan sonra bölgə üzrə miqrasiya idarəsinə təhvil veriliblər.

İstinadlar Report