Rusiyanın aparıcı şərab və oynaq şərab istehsalçısı “Abrau-Dürso”nun Azərbaycan bazarına daxil olması şərəfinə Bakıda “Abrau-Dürso Sparkling Night” şənliyi keçirilib.

Tədbir brendin parlaq üslubunda keçirilib – məşhur ulduzlar – şoumen İvan Urqant və “Uma2rman” musiqi qrupu şənliyin aparıcı simaları olublar.

“Abrau-Dürso”nun möhtəşəm şənliyi dekabrın 1-də Odlar şəhəri – Bakının heyrətamiz panoramik mənzərələri ilə məşhur olan “Ruby” restoranında böyük təmtəraqla baş tutub. Tədbirin stili elə “Abrau-Dürso Sparkling Nignt”ın adına uyğun seçilmişdi və gecə, həqiqətən, olduqca parlaq keçdi! Gecənin qonaqları isə parlaq “Abrau-Dürso” atmosferinə qərq ola biliblər.

Oynaq şərab hər zaman sehrin və bayramın xüsusi əhval-ruhiyyəsidir. “Abrau-Dürso Sparkling Night” şənliyinin aparıcısı, ən məşhur şoumen İvan Urqant da gecənin qonaqlarını bu əhval-ruhiyyə kökləməyi bacarıb. İvan Urqant qonaqlara “Abrau-Dürso” oynaq şərablarını şəxsən təqdim etmək, Azərbaycanda “Abrau-Dürso” biznesinin fəaliyyətə başladığını elan etmək və gecənin bayram ab-havasını dəstəkləmək üçün Bakıya səfər edib.

Qonaqları “Abrau-Dürso”nun birinci şəxsləri – “Abrau-Dürso” şirkətlər qrupunun əsas səhmdarı Boris Titov və “Abrau-Dürso”nun prezidenti Pavel Titov qarşılayıblar. Gecənin ən möhtəşəm anı İvan Urqant, Boris və Pavel Titovlar tərəfindən unikal 6 litrlik “İmperial Brut Vintage” – “Mafusail”ın şüşəsinin açılışı və süzülməsi olub.

Gecənin sonunda şirkətin çoxdankı dostları – Bakıya ilk dəfə gələn məşhur pop-rok qrupu “Uma2rman”ın parlaq və hərarətli çıxışı olub.

Tədbirə tanınmış azərbaycanlılar – Nailə Əliyeva və həyat yoldaşı Ədalət Əliyev, Murad Qulubəyli, Nigar Muradi, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Zamiq Hüseynov, Abbas Bağırov, Azad Şabanov, Səmra Rəhimli, Fərid Məmmədov, Hüsniyyə Məhərrəmova, Ranar Musayev, Kamilə Babayeva, Cəlal Kəngərli, Hüseyn Qəribov, Elnur Həsənov və bir çox başqaları qatılıblar.

Beləliklə, Azərbaycanda əfsanəvi “Abrau-Dürso” brendinin tarixində yeni səhifə başladı. Bu səhifə İvan Urqantla birlikdə hərarətli və parlaq əhval-ruhiyyədə start götürdü. “Abrau-Dürso” şərab evi Rusiyada oynaq şərab və digər şərabların aparıcı istehsalçısıdır. “Abrau-Dürso”nun xüsusi mülkü 1870-ci ildə imperator II Aleksandrın şəxsi fərmanı ilə yaradılıb. Ötən ilin nəticələrinə görə, Rusiyanın “Abrau-Dürso” Şərab Evi 45,9 milyon şüşədən çox alkoqollu məhsul satıb. 2021-ci ildə “Abrau-Dürso” oynaq şərab və şampan şərabları üçün ən prestijli beynəlxalq dequstasiya müsabiqəsi sayılan “Сhampagne & Sparkling Wine World Championships”də “Rising star” nominasiyasında çempion olub. Bu müsabiqədə ekspertlər hər il dünyada oynaq və şampan şərablarının ən uğurlu istehsalçısını qeyd edirlər.