Yayın canlı rəngləri payızın isti çalarlarına keçərkən, bir çoxumuz daha soyuq temperaturları, isti geyimləri və yeni ili səbirsizliklə gözləyirik. Bununla belə, payız mövsümü özü ilə bərabər sağlamlıq problemləri də gətirir. İl boyu sağlam qalmağın vacibliyini başa düşürük. Buna görə də payız dövründə artan xəstəlikləri idarə etməyə kömək edən müalicə metodlarına üz tuturuq.

Bəs, xüsusilə son zamanlar aktual müalicə metodu hesab edilən və dünyada illərdir istifadə olunmasına baxmayaraq, Azərbaycanda yeni olan İV terapiyalar adı ilə vurulan müxtəlif sistemlər həqiqətən də effektivdirmi?

Mövzü ilə bağlı sualları “Referans Wellbeing Center”in baş həkimi dr. Ülya Quliyeva cavablandırıb.

 – Əvvəl ondan başlayaq ki, İV terapiya nədir?

– Funksional (inteqrativ) təbabətin bir qolu hesab edilən İV terapiya damcı üsulu ilə bədənə yeridilən müxtəlif tərkibli kokteyllərdir. Onlar orqanizmin tonusunu qaldırır, cavanlığını qoruyur və ziyanlı maddələri çıxararaq detoks təsiri göstərirlər. 

– İV terapiya kursu neçe sistemdən ibarət olur və bizə təsirini necə dəyərləndirə bilirik?

– İV terapiya kursu individual təyin edilən həkim müayinəsi sonrası və təxminən 6-10 seans arası terapiyalar təyin olunur. 

Müalicə kursunu başa vurduqdan sonra, siz gücünüzün artdığını, əhval-ruhiyyənizin yaxşılaşdığını və iş qabiliyyətinizin yüksəldiyini hiss edəcəksiniz. Orqanizminiz bütün lazımi maddələri alaraq, saat kimi işləyəcək, vitamin balansı isə bərpa olunacaq – Sizin enerjiniz artacaq.

– Bəs, bu terapiyanın adi vitamin qəbulundan üstünlüyü nədir?

– IV terapiyanın oral (ağızdan qəbul edilən dərmanlar) terapiya üzərində əsas üstünlüyü ondan ibarətdir ki, vitamin və minerallar həzm traktından yan keçərək tamamilə udulur, daha yüksək konsentrasiyalar və daha çox müalicəvi fayda təmin edir. Vitaminlər oral olaraq qəbul edildikdə, hətta düzgün işləyən həzm sistemi ilə belə, yalnız 30-50% ən yaxşı şəkildə sorulur, İV terapiyada isə damardaxili olduğu üçün 100% udma təmin edir.

– Kimlərə İV terapiyalar təyin olunur?

– Bir çox xəstəliklərdə biz bundan istifadə edirik, amma ən çox istifadə sahəsi dəmir çatışmazlığı, immun sisteminin gücləndirilməsi, saç və dırnaq, dəri sağlamlığının bərpası ilə yaşlanma əleyhinə təsir, müxtəlif endokrinoloji xəstəliklər əsasındə şəkər və tiroid, müxtəlif ginekoloji pozğunluqlardır.

– İV terapiya ilə İV lazerin fərqi nədir?

– İntravenoz lazer terapiya, lazer enerjisinin birbaşa qan dövranına tətbiqi prosesidir. Bu müasir terapiya metodu, bir çox sağlamlıq problemlərinin müalicəsində effektivdir.

Lazer terapiyası ağrıları aradan qaldırır və iltihabı azaldır, eyni zamanda toxumaların bərpasına kömək edir. Yəni İV lazer ilə siz sağlamlığınızı hüceyrə səviyyəsində bərpa edəcəksiniz.

İstinadlar Qafqazinfo