İtkin düşmüş Ukrayna əsgərlərinin demək olar, dörddə biri əsirlikdədir.

Bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

O, qeyd edib ki, iyulda hakimiyyət orqanları 7 min nəfərdən çox Ukrayna hərbçisinin itkin düşdüyünü açıqlayıb. Bu açıqlamadan bir ay sonra onların neçəsinin Rusiya əsirliyində tapıldığı məlum olub.

Kotenko bildirib ki, itkin düşən 7 mindən çox hərbçidən təxminən 20-25 %-ni tapa biliblər. Onların Rusiya əsirliyində olmaları aşkarlanıb, buna görə də indi itkin düşənlərin sayı azalıb.

İstinadlar Report