6 gün öncə itkin düşmüş gəncin meyiti çaydan tapılıb.

Hadisə Qax rayonunda baş verib.

Belə ki, Qax sakini, 1995-ci il təvəllüdlü Hüseyonov Elman Loğman oğlu iyunun 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bu gün səhər saatlarında onun meyiti rayonun Hamam çay adlanan çayda tapılıb. Mərhumun atasının dediyinə görə o, iyunun 6-da İlisu kənd ərazisindəki dağ hamamına getmək üçün evdən çıxıb. Bu gün isə həmin çaydan onun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo