İtaliyanın müdafiə naziri Quido Krosetto NATO-nun Baş katibi Yens Stoltenberqin Kiyevə Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı bəyanatını şərh edərək bildirib ki, nə alyansın rəhbəri, nə də ayrı-ayrı dövlətlər bütün NATO yerinə qərar verə bilməz.
Bu barədə o, “La Stampa” qəzetinə müsahibəsində deyib.
“NATO-nun Baş katibi və ya ayrı-ayrı ölkə hamı üçün xətti müəyyən edə bilməz. Bu, həm Stoltenberqə, həm də Fransa prezidenti Emmanuel Makrona aiddir. Makron Ukraynaya əsgərlərimizi göndərəcəyimizi söyləyib. Fərdi çıxışların heç bir mənası yoxdur”,- deyə o bildirib.
Krosetto əmindir ki, Ukraynaya yardım göstərərkən eskalasiyaya səbəb olan addımlar atmaq səhv olardı.