İtaliyanın şimalında yerləşən 10 şəhərdə koronavirus təhlükəsinə görə qadağalar tətbiq olunub.

Fevralın 21-də ölkə rəhbərliyi 2 bölgədə məktəb, bar və digər ictimai yerlərin bağlanması ilə bağlı qərar verib.

Məlumata görə, Lombardiya əyalətində 10 şəxs və 5 həkim koronavirusa yoluxub. Daha iki infeksiya hadisəsi Veneto bölgəsində qeydə alınıb. İlk təcrid olunmuş şəhər 15 min əhalisi olan Kodonyo olub. Burada 3 nəfərə koronavirus diaqnozu qoyulub.

Ona yaxın şəhərdə bütün ictimai yerlər bağlanılıb və kütləvi tədbirlər təxirə salınıb. Hər iki bölgənin sakinlərinə evdən çıxmamaq tövsiyə olunub.

İtaliyanın Baş naziri Cüzeppe Konte vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, İtaliyada ilk koronavirus hadisəsi yanvarın sonunda aşkarlanıb. İnfeksiya Romada 2 çinli turistdə qeydə alınmışdı.

Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 2 300 nəfəri ötüb.

İstinadlar Report