“İlin əvvəlindən İtaliyaya dəniz yolu ilə gələn miqrantların sayı ötən ilin yanvar və fevral ayları ilə müqayisədə 65% azalıb”.

Bunu İtaliyanın daxili işlər naziri Matteo Piantedosi milli parlamentdə məlumat verib.

Onun sözlərinə görə, dəniz yolu ilə gələnlərin sayı ardıcıl beş aydır azalır. Nazir əlavə edib ki, prioritet miqrantların İtaliyaya çatmaq istəyərkən dənizdə ölməsinin qarşısının alınması, habelə qeyri-qanuni insan alveri fəaliyyətlərinin dayandırılmasıdır:

2022-ci ilin payızında hakimiyyətə gələn hazırkı hökumət əsasən Afrika ölkələrindən dəniz yolu ilə gələn miqrant axınının əhəmiyyətli dərəcədə artması (150%-dən çox) problemi ilə üzləşib.

İstinadlar Report