İtaliyalı jurnalist Sesiliya Sala İran həbsxanasından sərbəst buraxılıb.
Bu barədə İtaliyanın Baş naziri Corciya Meloni bildirib.
Onun sözlərinə görə, jurnalist təyyarə ilə İtaliyaya qayıdır.
Bildirilib ki, Sesiliya Sala diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv iş sayəsində azad edilib.