
İtaliyanın şimalında, Sesto-Kalende və Arona şəhərləri arasında, içərisində 20-dən çox sərnişinin olduğu turist gəmisi batıb.
Gəmidə ad gününü qeyd edən 25 nəfər olub. Su nəqliyyat vasitəsi güclü külək səbəbindən batıb, gəmidəkilərin hamısı suya düşüb. Lakin bir çoxları sahilə üzməyə müvəffəq olub, daha bir neçə nəfəri isə digər qayıqlar xilas edib.