İtaliyanın xarici işlər naziri Luici Di Mayo “5 Ulduz Hərəkatı” partiyasından istefa verdiyini açıqlayıb. Diplomat siyasi qüvvəni Ukraynaya dəstəyi sarsıtmaqda ittiham edib.

“Mən 5 Ulduz Hərəkatını tərk edirəm”, – diplomat deyib.

Onun sözlərinə görə, sabah (bu gün-red) partiya artıq parlamentdə birinci qüvvə olmayacaq. Eyni zamanda o, Mario Draqi hökumətini dəstəkləmək üçün yeni parlament qrupu yaradacağına işarə edib.

60-dan çox deputat “5 Ulduz Hərəkatı” partiyasını tərk edib. Onlar yeni Di Mayo qrupuna qoşulublar. Partiya 2018-ci ildən seçkilərdə 33 % səs qazandıqdan sonra parlamentdə ən böyük siyasi qüvvə olub. Lakin o vaxtdan siyasi qüvvəyə dəstək azalıb. Son ictimai rəy sorğuları seçicilərin cəmi 13 % dəstəyini göstərib.

İstinadlar Report