İtaliya Nazirlər Şurası koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün məhdudlaşdırıcı tədbirləri sərtləşdirən yeni fərmanı təsdiqləyib.

Bu barədə “La Stampa” qəzeti məlumat yayıb.

Yeni qaydalara əsasən, yaşıl keçid COVID sertifikatı 48 saat müddətinə veriləcək. Bu sənəd koronavirus testindən keçdikdən sonra yalnız işə və zəruri malların olduğu mağazalara giriş, eləcə də regionlararası nəqliyyatda səyahət üçün işləyəcək.

Bundan əlavə, ölkədə peyvənd olunan və ya koronavirus infeksiyasından sağalmış şəxslər üçün super yaşıl keçid tətbiq ediləcək. Bu sənədin sahibləri isə qapalı kafe və restoranları, idman, əyləncə və mədəniyyət müəssisələrini ziyarət edə biləcəklər.

İstinadlar Report