Bu gün İtaliyada milli parlamentə seçkilər keçiriləcək.

Bələdiyyə məktəblərinin ərazisində təşkil olunan seçki məntəqələri saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00) açılacaq, saat 23:00-da (Bakı vaxtı ilə saat 01:00 – da) bağlanacaq. Bundan sonra səslərin hesablanmasına başlanılacaq.

Səsvermənin nəticələrinə və parlamentdəki yerlərin bölgüsünə əsasən, respublika Prezidenti hökuməti formalaşdırmaq mandatını seçkilərin qaliblərinə verəcək.