İtaliyanın Milan şəhərində dünən axşam saatlarında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərdən narazı şəxslərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 1 polis xəsarət alıb, 2 nəfər saxlanılıb.

Bir neçə yüz etirazçıya qarşı polis bibər qazı tətbiq edib.

Həmçinin Turində də bənzər aksiya zamanı 2 polis xəsarət alıb, 10 nəfər saxlanılıb. Zorakılıq və talançılıq hərəkətlərinin qeydə alındığı bu cür etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində keçirilib. Səbəb kimi ölkədə bütün restoran və barların saat 18.00-dan bağlanmasına dair qərar göstərilir. Hökumətin yeni məhdudiyyətlər tətbiq edəcəyi istisna edilmir. Daha əvvəl teatr və s. mədəniyyət ocaqlarının da fəaliyyətinə məhdudiyyətlər qoyulub.

İstinadlar Report