İtaliya hüquq-mühafizə orqanları çərşənbə axşamı “Ndrangeta” mafiya qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 77 nəfəri saxlayıb.

Bu barədə “İl Fatto Quotidiano” qəzeti yazıb.

Məlumata görə, 43 şəxs paytaxt Romada, 34 nəfər isə Kalabriya vilayətində saxlanılıb. Qəzetin yazdığına görə, saxlanılanlar arasında kiçik Kozoleto yaşayış məntəqəsinin meri Antonino Coffre də var. İtaliya paytaxtında şübhəli bilinənlər müxtəlif sektorlardakı – balıqçılıq sənayesi, dəri istehsalı, həmçinin çörək və şirniyyat sexləri və s. bizneslərə nəzarəti ələ keçirməyə çalışan mafioz qruplarla əlaqədə ittiham olunurlar.

İstinadlar Report