
İtaliya hökuməti koronavirusla bağlı kütləvi peyvəndləmənin pulsuz və könüllü əsasla keçiriləcək.
Səhiyyə naziri Roberto Speranza parlamentdəki çıxışı zamanı gələn il həyata keçiriləcək peyvənd proqramında səhiyyə işçiləri və yaşlılara üstünlük veriləcəyini də qeyd edib.
Nazir yanvar ayında “Pfizer” və “BioNTech” şirkətlərindən 8,7 milyon, “Moderna” şirkətindən 1,3 milyon doza alacaqlarını, bütövlükdə müxtəlif şirkətlərdən 202 milyon peyvənd dozasını əldə etmək niyyətində olduqlarını dilə gətirib.