İtaliyada 26 apreldən yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi ləğv edilir.

Bu barədə İtaliyanın baş naziri Mario Draqi bəyan edib.

“Belə bir qərarı verərkən riskə gedirik, amma bu yaxşılaşmaqda olan epidemioloji məlumatlara əsaslanır. Nahar və axşam saatlarında açıq havada olan restoran və barlar tezliklə yenidən işə başlayacaq, eləcə də bütün məktəblilər əyani təhsil alacaqlar”-deyə, Baş nazir bildirib.

İstinadlar Report