Ermənistan Baş naziri Nikol Paşinyan İtaliya Senatının sədri Mariya Yelizaveta Kazellati ilə görüşə vaxtından əvvəl gedib və onu gözləməyə məcbur olub.

Bu barədə İtaliya mətbuatı yazıb. Məlumata görə, Kazellati zala daxil olan zaman isə Nikol kobud şəkildə arxasını ona döndərərək, görüşün keçirildiyi otağa tərəf istiqamətlənib. Erməni baş nazirin bu addımı ev sahiblərinin təəccübünə səbəb olub.

Nikol bununla Kazellatini çox gözlədiyini göstərmək istəyib. Amma bu, diplomatik nəzakət qaydasına ziddir, həmçinin italyan parlamentari də görüşə vaxtında gəlib.

İstinadlar axar