![](http://cdn1.azerbaycan24.com/nb_images/1733748668-1115580-2d9b1505-41f1-39f4-aba2-dd76589140d9_850.jpeg)
İtaliyada “Eni” neft və qaz şirkətinin obyektində baş verən partlayış nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra hadisə yerində yanğın baş verib. Bundan əlavə, dörd nəfər itkin düşmüş hesab olunur.
Hadisə Florensiyanın şimalında yerləşən Kalentsano şəhərində baş verib.