İtaliyanın şimalındakı Qoritsiya şəhərinin mərkəzində ikimərtəbəli yaşayış binasında məişət qazının partlaması nəticəsində 2 nəfər ölüb.

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, xilasedicilər çökmüş binanın dağıntılarının altından bir kişi və bir qadın meyiti çıxarıb. Xilasedicilər dağıntılar altında qaldığı güman edilən üçüncü şəxsin axtarışlarını davam etdirir.

Partlayışın baş verdiyi binada 3 mənzil olub və onlardan birində yaşayış olmayıb.

Hazırda hadisə yerində xüsusi texnika ilə təchiz edilmiş səkkiz yanğınsöndürmə briqadası və hadisənin bütün detallarını araşdıran karabinerlər işləyir.

İstinadlar Report