İspaniya polisinin italiyalı həmkarları ilə həyata keçirdiyi birgə əməliyyat nəticəsində İtaliyada axtarışanda olan “Ndrangeta” adlı mafiya qruplaşmasının üzvü ələ keçirilib.

Bu barədə İspaniya hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Məlumata görə, həbs Madriddə həyata keçirilib. Adı dəqiqləşdirilməyən şübhəli şəxs Portuqaliyaya məxsus saxta sənədlərlə İspaniya ərazisində olub. Həbs olunarkən onun üzərindən 6 mobil telefon və təxminən, 6 min avro götürülüb.

İstinadlar Report